SON XƏBƏRLƏR

Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub

2026.10.27, 11:06
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub

Fevralın 28-dən mayın 9-dək İranda təhlükəsizliklə bağlı ittihamlarla 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə əlaqədar isə ən azı 29 nəfər edam olunub.

Gunaz.tv

Bunu BMT-nin İran üzrə xüsusi məruzəçisi Mai Sato son hesabatında bildirib.

Satonun çərşənbə günü BMT Baş Assambleyasına təqdim edəcəyi hesabatda bildirilir ki, saxlanılanlar arasında etirazçılar, hökuməti tənqid edən şəxslər, insan hüquqları müdafiəçiləri, vəkillər, jurnalistlər, müəllimlər, incəsənət nümayəndələri, eləcə də etnik və dini azlıqların üzvləri var.

Hesabatda qeyd olunur ki, məcburiyyət altında alındığı güman edilən etiraflar, bəzi hallarda həbslərdən cəmi bir neçə gün sonra dövlət televiziyasında yayımlanıb.

2026-cı ilin fevral-avqust aylarını əhatə edən hesabatda bildirilir ki, İranda insanlar həm ABŞ və İsrailin iştirak etdiyi silahlı münaqişənin, həm də ölkə daxilindəki repressiyaların təsirinə məruz qalıblar. Bu iki amil bir-birinin mənfi nəticələrini daha da ağırlaşdırıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar