SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib

2026.10.26, 16:00
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib

Səudiyyə Ərəbistanına məxsus Herkules C-130 nəqliyyat təyyarəsi Tehranın Mehrabad hava limanına eniş edib.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Uçuş izləmə məlumatlarına görə, təyyarə Ər-Riyaddan HZA3 qeydiyyat nömrəsi ilə uçmuşdu.

Bunu "gözlənilməz" adlandıran İran mediası hadisənin təfərrüatı barədə əlavə məlumat verməyib.

Bununla eyni vaxtda Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Asim Munirin Tehrana səfər etdiyi bildirilib.

Qeyd edək ki, bundan əvvəl Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək səviyyəli rəsmilərinin İrana səfərinin planlaşdırıldığı bildirilmişdi.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar