SON XƏBƏRLƏR

Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir

2026.10.25, 15:11
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir

Gunaz.tv

Güney Azərbaycanli siyasi fəal Salar Taher Əfşar ikinci ildir ki, doğum gününü Tehranın Evin həbsxanasında keçirir. Onun bacısı Sevda Taher əfşar paylaşımında qardaşının mübarizəsindən dönmədiyini və öz əqidəsinə sadiq qaldığını bildirib.

Sevda Taher Əfşar sosial şəbəkədə yazıb ki, qardaşının həbsə aparılacağını və Evinə köçürüləcəyini əvvəlcədən təsəvvür etməyib. O, qardaşının qələm tutan bir insan olduğu halda həbsə göndərilməsini sual altına alıb və ona dəstəyini davam etdirəcəyini vurğulayıb.

Salar Taher Əfşar 2024-cü ilin iyununda Tehranın İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən “ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamı ilə beş il həbs cəzasına məhkum edilib. O, 2025-ci ilin aprelində həbs olunaraq cəzasını çəkmək üçün Evin həbsxanasına köçürülüb.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar