SON XƏBƏRLƏR

Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?

2026.10.24, 17:45
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?

Livan şiələrinin üçdə ikisi Hizbullahın silahlarının dövlətə təhvil verilməsini dəstəkləyir.

Gunaz.tv

“Statistics Lebanon” institutunun sentyabr ayında 800 livanlı şiə arasında keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 66,4 faizi Hizbullahın silahlarının Livan dövlətinə təhvil verilməsini dəstəkləyib. Nəticələr İsrailin Kan telekanalı və “The Jerusalem Post” nəşri tərəfindən yayımlanıb.

Sorğuda iştirak edənlərin 71,1 faizi isə müharibə və sülh barədə qərarların yalnız Livan dövlətinin səlahiyyətində olmalı olduğunu bildirib.

Bununla belə, “The Jerusalem Post” qeyd edib ki, sorğunun nəticələri Hizbullahın şiə icması arasında nüfuzunun mütləq şəkildə zəiflədiyi anlamına gəlmir.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar