SON XƏBƏRLƏR

Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb

2026.10.17, 18:30
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Yunanıstanın Qərbi Trakya bölgəsində türk azlığına məxsus 8 ibtidai məktəbin fəaliyyəti 2026–2027-ci tədris ili üçün dayandırılıb. Azlıq nümayəndələri bildirirlər ki, şagird sayının azlığı ilə əsaslandırılan bu qərar ana dilində təhsilə və milli-mədəni dəyərlərin gələcək nəsillərə ötürülməsinə mənfi təsir göstərə bilər.

Qərbi Trakya Türk Azlığı Məşvərət Şurasının sədri və İskeçənin seçilmiş müftisi Mustafa Trampa bildirib ki, məktəblərdən 5-i Rodopda, 2-si İskeçədə, 1-i isə Meriç bölgəsində yerləşir. O, qərarın müvəqqəti olduğu bildirilsə də, məktəblərin faktiki olaraq fəaliyyətini dayandırdığını vurğulayıb.

Türk azlığının nümayəndələri Lozanna müqaviləsi və beynəlxalq razılaşmalar çərçivəsində azlığın təhsil hüquqlarına hörmət edilməsini, Yunanıstan hökumətinin icma nümayəndələri ilə dialoq aparmasını tələb ediblər. Onlar kənd məktəblərinin bağlanmasının türk dilinin və mədəniyyətinin qorunmasına təhlükə yaratmaqla yanaşı, uşaqların məktəbə gedib-gəlməsini və ailələrin xərclərini də artıracağı barədə xəbərdarlıq ediblər.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar