SON XƏBƏRLƏR

Mossad İrana qarşı ABŞ-siz hərbi əməliyyat keçirilməsini təklif edir

2026.11.28, 21:30
Mossad İrana qarşı ABŞ-siz hərbi əməliyyat keçirilməsini təklif edir

Gunaz.tv

İsrail mediasının məlumatına görə, Mossad rəhbəri Roman Qofman Vaşinqtonun İrana qarşı birgə hücum qərarını gözləməyin düzgün olmadığını və ABŞ əməliyyata qoşulmaqdan imtina edərsə, İsrailin İrana qarşı təkbaşına hərbi əməliyyat keçirməli olduğunu düşünür.

“Ynet” xəbər saytı İsrailin təhlükəsizlik toplantılarından məlumatlı mənbələrə istinadən bildirib ki, Qofman daha çox gecikmənin İrana kimyəvi silah imkanlarını inkişaf etdirmək üçün vaxt qazandıra biləcəyi və bu təhlükəyə qarşı mübarizəni çətinləşdirəcəyi barədə xəbərdarlıq edib.

Qofman daha əvvəl Vaşinqtona səfəri zamanı İranın nüvə proqramı və iddia olunan kimyəvi silah proqramı ilə bağlı məlumatları ABŞ rəsmilərinə təqdim edərək birgə hərbi əməliyyat keçirilməsini istəmişdi.

Bu mövqe İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamirin yanaşmasından fərqlənir. Zamir İrana qarşı hərbi əməliyyatı dəstəkləsə də, hazırda təcili təhlükənin olmadığını və Donald Trampın qərarını, eləcə də ABŞ-la birgə əməliyyat imkanını gözləməyin daha məqsədəuyğun olduğunu düşünür.


GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar