SON XƏBƏRLƏR

İranda spirtli içkidən zəhərlənənlərin son sayı açıqlandı

2026.11.28, 13:19
İranda spirtli içkidən zəhərlənənlərin son sayı açıqlandı

Son üç həftə ərzində İranın bir neçə əyalətində saxta spirtli içkilərdən istifadə nəticəsində ümumilikdə 543 nəfər zəhərlənib.

Gunaz.tv

Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Zəhərlənənlərdən 23-ü həlak olub, 8-i beyin ölümü keçirib və bir neçə nəfər isə görmə qabiliyyətini itirib.

Xəsarət alanların 488-i kişi, 55-i qadındır. Onların arasında 92 yeniyetmədə var.

Zəhərlənmələr daha çox Rəzəvi Xorasan, Hörmüzqan, Kürdüstan, Tehran, Fars və Qərbi Azərbaycan əyalətlərində qeydə alınıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar