SON XƏBƏRLƏR

Bessentin proqnozu reallaşır- İranda dolların qiyməti 300 min tümənə yaxınlaşdı

2026.11.28, 14:26
Bessentin proqnozu reallaşır- İranda dolların qiyməti 300 min tümənə yaxınlaşdı

İranda ABŞ dollarının məzənnəsi tarixi rekord vurub və bu gün Tehranın azad bazarında hər bir ABŞ dolları 296 min 500 tüməndən bahaya satılıb.

Gunaz.tv

Bu barədə Tehran azad bazarındakı mənbələr məlumat yayıb.

Avro da 325,000 tümən həddini aşaraq yeni rekord müəyyənləşdirib. 

Bununla yanaşı Azərbaycan manatının da qiyməti artaraq 173, 600 tümənə çatıb.

Bu, ABŞ-nin maliyyə naziri Skott Bessentin iran pulu ilə bağlı verdiyi proqnozun reallaşması deməkdir.

O, bir müddət əvvəl İranın rəsmi valyutası olan rial üzərindən danışaraq dolların məzənnəsinin 3 milyon rial (300,000 tümən) həddinə  çatacağını bildimişdi.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar