SON XƏBƏRLƏR

Məkkə müdafiə sazişi: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında hərbi əməkdaşlıq genişlənir

2026.11.27, 18:32
Məkkə müdafiə sazişi: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında hərbi əməkdaşlıq genişlənir

Gunaz.tv

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında avqustun 7-də Məkkədə imzalanmış birgə müdafiə sazişi üç ölkənin hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığını genişləndirməyi nəzərdə tutur.

Sazişə əsasən, tərəflərdən birinə qarşı xarici silahlı hücum hər üç ölkəyə qarşı hücum hesab olunur. Belə vəziyyətdə digər iki ölkə mövcud imkanları, o cümlədən hərbi potensialı ilə hücuma məruz qalan tərəfə dəstək verməlidir.

Razılaşma həmçinin birgə hərbi təlimlər, kəşfiyyat məlumatlarının mübadiləsi, terrorizmlə mübarizə, silah istehsalı, müdafiə texnologiyalarının inkişafı və hərbi təchizat sahələrində əməkdaşlığı əhatə edir.

Saziş çərçivəsində üç ölkənin xarici işlər və müdafiə nazirləri, eləcə də baş qərargah rəislərinin iştirakı ilə daimi koordinasiya komitəsi yaradılması nəzərdə tutulur. Komitə ildə iki dəfə toplanacaq.

 

GunAz TV
R.G

.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar