SON XƏBƏRLƏR

Avstraliya SEPAH-la əlaqəli iki şəxsə sanksiya tətbiq edib

2026.11.27, 10:33
Avstraliya SEPAH-la əlaqəli iki şəxsə sanksiya tətbiq edib

Avstraliyada SEPAH-ın (İran İslam İnqilabı Keşikçiləri Korpusu) adından antisemit hücumların təşkilində ittiham olunan iki şəxsə terrorçuluğun maliyyələşdirilməsinə qarşı sanksiyalar tətbiq edilib.

Gunaz.tv

Bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq məlumat yayıb.

Açıqlamada qeyd olunub ki, Zohair Hassib və Kazem Hamad 2024-cü ildə Sidneydəki "Lewis Continental Kitchen" restoranına və Melburndakı "Adass Israel" sinaqoquna qarşı törədilən hücumların təşkilində şübhəli bilinirlər.

Vonq bildirib: “Bu sanksiyalar SEPAH-ın avstraliyalılara və Avstraliyanın maraqlarına qarşı hücumlar həyata keçirmək imkanlarını məhdudlaşdırmaq baxımından mühüm addımdır”.

Yeni sanksiyalar Avstraliyanın daha əvvəl atdığı addımları tamamlayır. Bunlara SEPAH-ın terrorizmi dəstəkləyən dövlət qurumu kimi tanınması, İran səfirinin və daha üç diplomatın ölkədən çıxarılması, eləcə də Avstraliyanın Tehrandakı səfirliyinin fəaliyyətinin dayandırılması daxildir.

 

C

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar