SON XƏBƏRLƏR

Tehranın Borçalı planı azərbaycanlı yox şiə kimi təqdim etmək?

2026.11.25, 17:22
Tehranın Borçalı planı azərbaycanlı yox şiə kimi təqdim etmək?

Son günlər sosial şəbəkələrdə Borçalı ilə bağlı qızışdırılan qalmaqal təsadüf deyil.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu, planlı, sinxron, xaricdən idarə olunan bir əməliyyatdır. Və bu əməliyyatın arxasında iki ölkə dayanır, Tehran və Moskva. Onlar yenə çox məharətlə regionçuluq kartından istifadə edirlər. Çünki bizi birləşdirən və qalib edən Azərbaycançılıq ideyasının düşməni məhz regionçuluqdur. Bəs niyə Borçalı hədəf seçilib? Borçalı Gürcüstanda yaşayan azərbaycanlılar 100 ildən çoxdur öz dillərini, mədəniyyətlərini, kimliklərini qoruyub saxlayırlar. Onlar Azərbaycan millətinin ayrılmaz hissəsidir. Məhz buna görə də Borçalı hədəf seçilib.

Tehran və Moskva illərdir Azərbaycana qarşı eyni taktikadan istifadə edir. Onların maraqları fərqlidir, amma üsulları eynidir. İranda 35-40 milyon azərbaycanlı yaşayır. Və Tehran Azərbaycançılığın İranda yayılmasından qorxur. Ona görə də o, Azərbaycançılığı azərbaycanlılar yaşayan bütün bölgələrdə zəiflətmək istəyir. Bunun üçün dini-iedoloji silahından istifadə edərək bölgələrdə təriqət regionçuluğunu təbliğ edir. İnsanlar öz soy-kökündən, milli mənsubiyyətdin uzaq salmağa çalışır. Bu gün Borçalıda İranın təsiri ən təhlükəli məsələdir. Tehran Borçalıda dini məktəblər, mərkəzlər açır. O, Borçalıları “şiə” kimi göstərməyə çalışır, “azərbaycanlı” kimi yox. Çünki əgər Borçalılar özlərini “şiə” hesab etsələr, “azərbaycanlı” fikri arxa plana keçəcək. Tehran Borçalıda fars mədəniyyətini yayır. O, Borçalılara fars dilini, mədəniyyətini, tarixini öyrətməyə çalışır.

Tehran Borçalıda öz adamlarını yerləşdirir. O, Borçalılar arasında “biz Azərbaycanla bir deyilik, biz Gürcüstanın vətəndaşıyıq, biz İranla yaxınıq” deyənləri dəstəkləyir. Məqsəd Borçalıları Azərbaycandan ayırmaq, onları “ayrı xalq” kimi göstərmək və beləliklə, Azərbaycançılığa zərbə vurmaqdır. Çünki Azərbaycançılıq deyir ki, hamımız birik. Bakılı da, borçalılı da, Təbrizli də, Ərdəbilli də, lənkaranlı da, Zəncanlı da, gəncəli də, şəkili də azərbaycanlıdır. Bölgə bizim mədəniyyətimizdir, amma kimliyimiz Azərbaycançılıqdır. İran isə təlqin edir ki, yox, siz bir deyilsiniz. Sən bakılısan, sən borçalısan, sən təbrizlisən, sən ərdəbillisən, sən lənkaranlısan, sən urmiyalısan. Sən əvvəlcə bölgəndənsən, sonra azərbaycanlısan. Çünki əgər insanlar özlərini əvvəlcə “borçalılı”, “bakılı”, “lənkaranlı” hesab etsələr, onlar özlərini “azərbaycanlı” hesab etməyəcəklər. 44 günlük müharibədə biz necə qalib gəldik? Ona görə qalib gəldik ki, Borçalı da, Bakı da, Lənkaran da Quba da cəbhədə idi. Şəhidlər arasında hamısı var idi. O vaxt heç kim sən haralısan soruşmadı. Hamı “sən azərbaycanlısanmı” soruşdu. İndi Tehran və Moskva bizə “sən haralısan” soruşdurur. Amma unutmayaq ki, Azərbaycançılıq təkcə fəlsəfə deyil, Azərbaycanın qalxanıdır. Və bu qalxanı sındırmaq heç kimin gücündə deyil. Əgər biz özümüz onu içəridən sındırmasaq.

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar