SON XƏBƏRLƏR

İran Ali Məhkəməsi azərbaycanlı siyasi məhbusun edam hökmünü təsdiq etdi

2026.11.21, 10:19
İran Ali Məhkəməsi azərbaycanlı siyasi məhbusun edam hökmünü təsdiq etdi

İran Ali Məhkəməsi "Ekbatan şəhərciyi" kimi tanınan işdə təqsirləndirilən şəxslərdən ikisi Milad Armun və Nəvid Nəccaranın ölüm hökmlərini təsdiq edib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, işdə başqa iki təqsirləndirilən şəxs Mehdi İmani və Seyyid Məhəmməd Mehdi Hüseyninin ölüm hökmləri ləğv edilib və onların işləri yenidən məhkəməyə göndərilib.

Qeyd edək ki, Ərdəbil əyalətinin Xiyav (Meşkin) şəhərinin Qoşa kəndindən olan 27 yaşlı Milad Armun 2022-ci ilin sentyabr ayında ümumxalq etiraz aksiyalarında iştirak etdiyinə görə həbs edilib.

O və başqa 3 gənc Arman Əliverdi adlı hökumət məmurunun öldürülməsi ittihamına görə, “müharibə”, “qəsdən adam öldürmədə iştirak” və “ictimai asayişi və əmin-amanlığı pozmaq”da günahlandırılıb.

Cari ilin aprel ayında Tehran İnqilab Məhkəməsinin 13-cü bölməsi Milad Armun və başqa üç nəfəri "qəsdən adam öldürməkdə iştirak" ittihamına görə hər birini bir insanın qan pulunun bərabər hissəsini ödəmək və beş il həbs cəzasına məhkum edib.

Ancaq Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsi cari ilin may ayının sonlarında onun barəsində yenidən edam hökmü çıxarıb.

Milad Armun həbs edildiyi vaxt və ondan sonrakı dövrdə davamlı işgəncələrə məruz qalıb.

Hazırda Kərəcin Qızılhisar həbsxansında saxlanılan güney azərbaycanlı gənc barəsində irəli sürülən qətl ittihamının saxta olduğunu, bu işdə əli olmadığını bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar