SON XƏBƏRLƏR

Kanal 13: İsrail ordusu İranla müharibənin yenidən başlaması üçün üç ssenari hazırlayır

2026.11.14, 09:20
Kanal 13: İsrail ordusu İranla müharibənin yenidən başlaması üçün üç ssenari hazırlayır

İsrail ordusu İranla hərbi qarşıdurmanın yenidən başlaması ehtimalına qarşı üç ssenari üzrə hazırlıq görür.

Gunaz.tv

Bu barədə "Channel 13" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, ilk ssenari İranın İsrailə və Yaxın Şərqdəki ABŞ bazalarına hücum etməsi, İsrailin isə ABŞ Mərkəzi Komandanlığı ilə birgə hazırlanan cavab planlarını işə salmasıdır.

İkinci ssenari ABŞ prezidenti Donald Trampın baş nazir Benyamin Netanyahu ilə birlikdə İrana qarşı hərbi əməliyyatları bərpa etməsini nəzərdə tutur. Bu əməliyyatların bir neçə gün və ya həftə davam edə biləcəyi, İranın raket və dron obyektlərinin, nüvə infrastrukturu ilə yanaşı iqtisadi və enerji obyektlərinin də hədəfə alınacağı bildirilir.

Üçüncü ssenari İsrailin Ağ Evin razılığı ilə İrana qarşı müstəqil əməliyyat keçirməsidir. Lakin bu halda da İsrailin ABŞ-ın havada yanacaq doldurma imkanlarına və Vaşinqtonun münaqişənin dayandırılmasında iştirakına ehtiyac duyacağı qeyd olunur.

Məlumata görə, İsrail hərbi kəşfiyyatı və Mossad İranın ayda təxminən 50 ədəd yer-yer tipli raket istehsal etdiyini, bunun əvvəlki müharibədən əvvəlki göstəricidən 20 faiz çox olduğunu qiymətləndirir.

Bu hazırlıqlar Trampın Tehranla razılaşma əldə etməyə çalışdığı və ABŞ-ın hərbi məqsədlərinə artıq nail olduğunu bildirdiyi bir vaxtda aparılır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar