SON XƏBƏRLƏR

İran əhalisinin sayı kəskin azalacaq- Xəbərdarlıq

2026.11.13, 13:00
İran əhalisinin sayı kəskin azalacaq- Xəbərdarlıq

Növbəti 75 ildə İran əhalisinin sayı 31 milyona qədər azalma riski ilə üz-üzədir.

Gunaz.tv

Bu barədə Əhali üzrə Milli Qərargah xəbərdarlıq edib.

Bildirilib ki, 2025-ci ildə ölkənin ümumi doğum nisbəti 1,34-ə çatıb.

"Ölkənin hazırkı əhalisini təxminən 87 milyon səviyyəsində saxlamaq üçün ümumi doğum nisbəti reproduktiv yaşda olan hər qadına 2,1 uşağa çatmalıdır. Mövcud tendensiyanın davam edəcəyi və növbəti 15 il ərzində emoqrafik pəncərənin bağlanması təqdirdə, ölkə əhalisinin sayı növbəti 75 ildə 31 milyona düşəcək",- məlumatda bildirilib.

GünAzTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar