SON XƏBƏRLƏR

İranda müəllimlərin dolanışığı kəskin pisləşib - İLNA

2026.11.12, 12:23
İranda müəllimlərin dolanışığı kəskin pisləşib - İLNA

Son on ildə İranda müəllimlərin alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb və bir çox müəllimin maaşları artıq minimum yaşayış xərclərini ödəmir.

Gunaz.tv

Bu barədə İranın İLNA xəbər agentliyi məlumat yayıb.

"Araşdırmalar göstərir ki, müəllimlərin maaşlarının orta dollar dəyəri 2016-cı ildə təxminən 636 dollardan 2025-ci ilin payızında 109 dollara düşüb; bu, təxminən 83% azalma deməkdir",- məlumatda bildirilib.

Qeyd olunub ki, hazırda 15 illik iş təcrübəsi olan müəllimin maaşı təxminən 25 milyon tümən olmaslna baxmayaraq, böyük şəhərlərdə yoxsulluq həddinin 85 ilə 91 milyon tümən arasında olduğu təxmin edilir.

Təhsil məsələləri üzrə ekspert Məhəmməd Rza Niknejad əmək haqqının artması ilə yaşayış xərcləri arasındakı fərqi tənqid edib:

"Son vaxtlar müəllimlərin maaşları təxminən 20% artsa da, valyuta məzənnəsi 100%-dən çox artıb".

Bildirilir ki, bu vəziyyət bir çox müəllimi dolanışığını təmin etmək üçün ikinci və üçüncü işləri görməyə məcbur edib və İslam Respublikasının təhsil sistemində dərinləşən iqtisadi böhranı dahada şiddətləndirib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar