SON XƏBƏRLƏR

FTB SEPAH üzvünü “ən çox axtarılan terrorçular” siyahısına daxil edib

2026.11.11, 20:27
FTB SEPAH üzvünü “ən çox axtarılan terrorçular” siyahısına daxil edib

Gunaz.tv

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB ya da FBI) çərşənbə axşamı Sepah üzvü Şəhram Pursəfi, digər adı ilə Mehdi Rzayini “ən çox axtarılan terrorçular” siyahısına daxil edib.

Qurum, həmçinin FTB-nin məlumatına görə, Pursəfi ilə birlikdə qətlin planlaşdırılmasında iştirak etmiş digər üç Sepah üzvü barədə məlumat əldə etmək üçün ictimaiyyətə müraciət edib.

FTB bu addımın səbəbini Pursəfinin “ABŞ-ın iki keçmiş rəsmisinin qətlə yetirilməsinin planlaşdırılmasında” rolu ilə əlaqələndirib.

ABŞ Dövlət Departamenti daha əvvəl Pursəfinin tutulmasına və ya məhkum edilməsinə səbəb olacaq məlumat üçün 20 milyon dollara qədər mükafat təyin etmişdi.

ABŞ Ədliyyə Nazirliyi dörd il əvvəl Pursəfini keçmiş milli təhlükəsizlik müşaviri Con Boltona qarşı sui-qəsd hazırlamaqda, bu məqsədlə muzdlu şəxsə 300 min dollar təklif etməkdə ittiham etmişdi.

FTB-nin axtarışında olduğu bildirilən digər üç Sepah üzvünün adları Məhəmmədhüseyn Şaməradizadə, Əbülfəzl Əlizadə və Məhəmmədrza Ənsaridir.

FTB-nin məlumatına görə, dörd nəfərin hamısı Sepahın xarici əməliyyatlar qanadı olan Qüds qüvvələrinin üzvüdür.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar