SON XƏBƏRLƏR

Heqset: ABŞ İranın nüvə obyektlərini yaxından izləyir və yenidən zərbə endirməyə hazırdır

2026.11.10, 17:42
Heqset: ABŞ İranın nüvə obyektlərini yaxından izləyir və yenidən zərbə endirməyə hazırdır

Amerika qüvvələri İranın nüvə obyektlərini yaxından izləyir və Tehran Vaşinqtonun təhlükəli hesab etdiyi fəaliyyətləri bərpa edərsə, hərbi müdaxiləyə hazırdır.

Gunaz.tv

Bunu ABŞ-ın müharibə naziri Pit Heqset bildirib.

“Biz həmin nüvə obyektlərinə nəzarəti və müşahidəni davam etdirmək imkanına malikik. Əgər müdaxilə tələb edən hər hansı təhlükəli fəaliyyət aşkar etsək, lazımi addımları atacağıq”, – deyə Heqset Pentaqonda keçirilən brifinqdə bildirib.

Atəşkəs dövründə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi imkanlarını bərpa etməsi ilə bağlı xəbərləri şərh edən Heqset Tehranın hərbi qüvvələrini yenidən gücləndirməyə çalışacağını bildirib. Bununla belə, o, ABŞ-ın hərbi əməliyyatlarının və dəniz blokadasının İranın bu imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırdığını deyib.

Heqset İranla müharibəni zəruri hesab edir

Onun sözlərinə görə, əməliyyatın məqsədi İranın heç vaxt nüvə silahı əldə etməsinə imkan verməmək olub.

“Bu, həyata keçirilməsi zəruri olan bir əməliyyat idi”. - deyə o bildirib.


C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar