SON XƏBƏRLƏR

İsrail Hizbullahın hərbi infrastrukturlarına zərbələr endirdi

2026.11.09, 13:49
İsrail Hizbullahın hərbi infrastrukturlarına zərbələr endirdi

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda yerləşən Qantara və Kfar-Tebnit məntəqələrində yerləşən "Hizbullah" qruplaşmasının hərbi infrastrukturlarına hava zərbələri endirib.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Livanın rəsmi və yerli KİV-ləri məlumat yayıb. Məlumata görə, hər iki yaşayış məntəqəsi İsrail Müdafiə Qüvvələrinin ölkənin cənubunda təhlükəsizlik məqsədilə yaratdığı "bufer zona" hüdudlarında yerləşir. Zərbələr nəticəsində ərazidə güclü partlayışlar baş verib.

 Litani çayından cənubda yerləşən bu yaşayış məntəqələrində son həftələr kəşfiyyat uçuşları və hədəfli aviazərbələr kəskin şəkildə intensivləşib.

İsrail tərəfi bu ərazilərdə "Hizbullah" qruplaşmasının hərbi infrastrukturlarını və raket qurğularını sıradan çıxarmaq məqsədilə əməliyyatları davam etdirdiyini bildirir. Zərbələrdən dərhal sonra əraziyə xilasetmə və təcili tibbi yardım briqadaları cəlb olunub.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar