SON XƏBƏRLƏR

Tramp Stiven Milleri Ağ Evin aparat rəhbəri təyin edib

2026.11.08, 10:46
Tramp Stiven Milleri Ağ Evin aparat rəhbəri təyin edib

Gunaz.tv

ABŞ Prezidenti Donald Tramp administrasiyasının sərt miqrasiya siyasətinin əsas müəlliflərindən biri olan Stiven Milleri Ağ Evin yeni aparat rəhbəri təyin edib.

41 yaşlı Miller bu vəzifədə Ağ Evin aparat rəhbəri vəzifəsindən istefa verdiyi bildirilən Syuzi Vaylsi əvəz edəcək.

Miller bundan əvvəl Ağ Evdə siyasət məsələləri üzrə aparat rəhbərinin müavini və daxili təhlükəsizlik üzrə müşavir vəzifələrində çalışıb. O, miqrantların kütləvi deportasiyası proqramının həyata keçirilməsində əsas rol oynayıb.

Bu təyinat ABŞ-da aralıq seçkilərdən sonra baş verib.

Miller, həmçinin Tramp administrasiyasının İrana qarşı hərbi və sanksiya siyasətini dəstəkləyən şəxslərdən biridir.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar