SON XƏBƏRLƏR

İranda həyati əhəmiyyətli 40-a yaxın dərmanın təminatında çətinlik yaranıb

2026.11.08, 09:15
İranda həyati əhəmiyyətli 40-a yaxın dərmanın təminatında çətinlik yaranıb

Gunaz.tv

İranın Qida və Dərman Təşkilatının sözçüsü Məhəmməd Haşimi bildirib ki, ölkədə həyati əhəmiyyətli və zəruri hesab olunan təxminən 700 adda dərmandan 40-dan azının təminatında problemlər mövcuddur.

O, çatışmazlıq yaşanan dərmanların adlarını açıqlamadan bildirib ki, təşkilat strateji ehtiyatları gücləndirir və tibb elmləri universitetlərinin anbarlarında dərman ehtiyatlarını tamamlayır.

Haşiminin sözlərinə görə, ölkənin peyvənd ehtiyatları da uzun müddət üçün təmin olunub və bu sahədə çatışmazlıq yoxdur.

Bu açıqlama bəzi dərmanların əldə edilməsində çətinliklərin və dərman qiymətlərinin artmasının müşahidə olunduğu bir vaxta təsadüf edir.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar