SON XƏBƏRLƏR

Ərəb ölkələri Məkkə və Mədinəyə hücumları pisləyib

2026.11.06, 19:38
Ərəb ölkələri Məkkə və Mədinəyə hücumları pisləyib

Gunaz.tv

Qətər, Küveyt, Bəhreyn və İordaniya ayrı-ayrı bəyanatlar yayaraq Yəməndəki husilərin Məkkə və Mədinə bölgələrinə raket hücumu həyata keçirdiyinə dair iddiaları pisləyiblər.

Bu dörd ölkənin xarici işlər nazirlikləri sözügedən bölgələrə raket atılmasını Səudiyyə Ərəbistanının milli suverenliyinin pozulması, mülki əhalinin həyatının təhlükəyə atılması və müsəlmanların hisslərinə qarşı açıq təxribat kimi qiymətləndiriblər. Onlar həmçinin Ər-Riyada dəstəklərini ifadə edərək husilərə aid edilən hücumları qınayıblar.

Noyabrın 6-da, cümə axşamı, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya husilər tərəfindən buraxıldığı bildirilən bir ballistik raketin Mədinə bölgəsi üzərində ələ keçirilərək məhv edildiyini açıqlamışdı. Husilər isə bu məlumatı təkzib edərək «açıq və həyasız yalan» adlandırmışdılar.

Husilər dəfələrlə Məkkə və Mədinənin hədəfə alınması ilə bağlı iddiaları rədd edərək, raket və pilotsuz uçuş aparatları ilə yalnız Səudiyyə Ərəbistanının hərbi və iqtisadi obyektlərini, o cümlədən “Saudi Aramco” neft obyektlərini və ölkənin hava limanlarını hədəf aldıqlarını iddia ediblər.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar