SON XƏBƏRLƏR

Tehranda məşhur qəzetin rəhbərinə cəza verildi

2026.11.06, 11:49
Tehranda məşhur qəzetin rəhbərinə cəza verildi

Tehran əyalətinin Cinayət Məhkəməsinin birinci bölməsi "Həm mihən" qəzetinin rəhbəri Qulamhüseyn Kərbasçı barəsində qərar çıxarıb.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Qərara əsasən Kərbasçı 1 il həbs cəzasına məhkum edilib və 2 il müddətinə media fəaliyyətinə qadağa qoyulub.

Onun barəsində çıxarılan qərarın beş il təxirə salınmasının mümkün olduğu bildirilib.

Q.Kərbasçi bundan əvvəl Siyasi və Mətbuat Məhkəməsinin münsiflər heyəti tərəfindən qəzetdə "yalan materiallar dərc etmək" və "vətəndaşları milli təhlükəsizliyə zidd hərəkətlər etməyə təşviq etmək" məqsədi ilə məqalələr dərc etməkdə günahlandırılmışdı.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar