SON XƏBƏRLƏR

13 yaşlı qızların tanışlıq saytlarında qeydiyyatdan keçməsi qanunsuz deyil- İran rəsmisi

2026.11.06, 12:46
13 yaşlı qızların tanışlıq saytlarında qeydiyyatdan keçməsi qanunsuz deyil- İran rəsmisi

Mövcud qanunlara əsasən, 13 yaşlı qızların ailə razılığı ilə tanışlıq sistemlərində qeydiyyata alınması mütləq hüquqi pozuntu deyil.

Gunaz.tv

Bunu İran İdman və Gənclər Nazirliyinin Gənclərin Planlaşdırılması və Sosial Tərəfdaşlıq İdarəsinin baş direktoru Bəhmən Əbdi deyib.

“Əgər 13 yaşdan yuxarı qızlar ailələrinin razılığı əsasında tanışlıq sistemlərində qeydiyyatdan keçərsə, bu məsələ mövcud hüquqi qaydalara uyğun olaraq araşdırıla bilər və bu şəxslərin sadəcə qeydiyyatı hüquqi pozuntu hesab edilə bilməz”,- o, “Adəm və Həvva” tanışlıq tətbiqinin Google və Meta platformalarından silinməsinə cavab olaraq bildirib.

İdman Nazirliyinin rəsmisi insan hüquqları təşkilatlarının yetkinlik yaşına çatmayan qızların qeydiyyatına reaksiyasına toxunaraq bildirib ki, hazırkı vəziyyətdə bu məsələ ilə məşğul olmaq üçün konkret hüquqi əsas yoxdur.

Əbdi əlavə edib ki, tanışlıq mərkəzlərinə qızları qəbul etmək üçün minimum yaşı 15-dən yuxarı qaldırmaq tövsiyə olunub.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar