SON XƏBƏRLƏR

The Telegraph: Müctəba Xamenei Putindən silah istəyib

2026.11.06, 20:35
The Telegraph: Müctəba Xamenei Putindən silah istəyib

Gunaz.tv

“The Telegraph” qəzeti eksklüziv reportajında Müctəba Xameneinin Vladimir Putindən qabaqcıl S-400 hava hücumundan müdafiə sisteminin İrana tədarük edilməsini istədiyini açıqlayıb. Qəzet Tehran və Moskvanın bu sistemin İrana göndərilməsi ilə bağlı danışıqlar apardığını yazıb.

Məlumata görə, Müctəba Xamenei Möhsen Rezaini şəxsi məktubla Kremlə göndərib. Adı açıqlanmayan yüksək vəzifəli iranlı rəsmi “The Telegraph”a bildirib ki, məktubdakı əsas tələb S-400 hava hücumundan müdafiə sisteminin tədarükü olub və Tehran bu sistemi əldə edəcəyinə ümidlidir.

Bununla belə, analitiklər qəzetə bildiriblər ki, Ukraynanın Rusiyaya qarşı uzaqmənzilli hücumları nəticəsində Rusiya hava hücumundan müdafiə sistemlərinin üzərinə düşən yük Moskvanın S-400-ləri İrana təhvil vermək imkanlarını məhdudlaşdıra bilər.

“The Telegraph” həmçinin yazıb ki, Rusiyanın dövlət müəssisələri ixrac müqaviləsi çərçivəsində İran üçün helikopterlərdən raket buraxılmasına imkan verən xüsusi avadanlıqlar istehsal edir.

 

GunAz TV
R.G

 

İran rəsmisi Xameneinin mesajını Putinə çatdırmaq üçün Kremlə gedib

2026.11.05, 21:29

İran rəsmisi Xameneinin mesajını Putinə çatdırmaq üçün Kremlə gedib

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar