SON XƏBƏRLƏR

Təbrizdə Azərbaycanın Zəfər Günü qeyd olunub

2026.11.08, 08:05
Təbrizdə Azərbaycanın Zəfər Günü qeyd olunub

Gunaz.tv

Noyabrın 8-də Azərbaycanın Zəfər Günü münasibətilə bu ölkənin Təbrizdəki Baş Konsulluğunda tədbir keçirilib.

Tədbirdə Şərqi Azərbaycan valisinin siyasi və ictimai məsələlər üzrə müavini Mürtəza Məhəmmədzadə, Təbriz şəhərinin icra hakimi Davud Gərşəsbi, Şərqi Azərbaycan gömrüklərinin rəisi Əliəsğər Abbaszadə, Təbriz Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının İdarə Heyətinin sədri Yunis Jaele, İran Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri Məhəmməd İbrahimi, Türkiyənin Təbrizdəki baş konsulu Mete Zaimoğlu, eləcə də Təbrizdə yaşayan və təhsil alan Azərbaycan Respublikası vətəndaşları iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib və foto sərgi təşkil olunub.

Azərbaycanın Təbrizdəki baş konsulu Taleh Zöhrabov çıxışında ölkəsinin ərazi bütövlüyünün bərpasını Azərbaycan tarixinin ən mühüm səhifələrindən biri kimi qiymətləndirib. O, Prezident və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasi iradəsi, qətiyyətli rəhbərliyi və diplomatik fəaliyyətinin qələbənin əldə olunmasında mühüm rol oynadığını vurğulayıb.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar