SON XƏBƏRLƏR

Xamenei "nə müharibə, nə sülh" vəziyyətinə son qoymağı tapışırıb- Pezeşkian

2026.11.09, 15:36
Xamenei "nə müharibə, nə sülh" vəziyyətinə son qoymağı tapışırıb- Pezeşkian

İslam Respublikası Prezidenti Məsud Pezeşkian, İran rəhbəri Müctəba Xaməneinin "nə müharibə, nə sülh" vəziyyətinə son qoymaq əmrini verdiyini açıqlayıb və Tehranın fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyə hazır olduğunu bildirib.

Gunaz.tv

Bu barədə "Təsnim" xəbər agentliyi məlumat yayıb.

"Biz ləyaqətlə danışa və məsələni ləyaqətlə həll edə bilərik",- Pezeşkian bu gün İran Süd Sənayesi Şirkətinin yaradılmasının ildönümündə etdiyi çıxışında deyib. 

Bununla eyni vaxtda ABŞ Dövlət Katibi Marko Rubio Tehranın şərtlərini "qəbuledilməz və qeyri-real" adlandırıb və Donald Trampın hələ də diplomatik həll yoluna üstünlük verdiyinə baxmayaraq, danışıqlarda əhəmiyyətli irəliləyiş olmadığını söyləyib.

Bu açıqlamalar, atasının varisi kimi təqdim edildikdən bəri Müctəba Xameneinin heç bir yeni və təsdiqlənə bilən görüntülərinin və ya səs yazısının yayılmdığı və ona aid edilən görüşlər və əmrlər barədə xəbərlərin yalnız İslam Respublikası rəsmiləri və media vasitəsilə açıqlandığı bir vaxta təsadüf edir.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar