SON XƏBƏRLƏR

Ərdoğan Trampla söhbətində İran məsələsini müzakirə edib

2026.11.09, 17:31
Ərdoğan Trampla söhbətində İran məsələsini müzakirə edib

Gunaz.tv

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla son telefon danışığında Ankaranın İrana qarşı yeni hücum dalğasının başlanması ehtimalı ilə bağlı narahatlığını çatdırdığını bildirib.

Ərdoğan noyabrın 9-da Azərbaycandan qayıdarkən jurnalistlərə açıqlamasında Türkiyənin İrana qarşı yeni hücumların tərəfdarı olmadığını və məsələlərin dialoq və diplomatiya yolu ilə həll edilməsini istədiyini deyib.

O bildirib: “Biz hər fürsətdə bu məsələlərin dialoq və diplomatiya yolu ilə həllinin mümkün olduğunu vurğulayırıq. Təəssüf ki, yenidən mənfi bir inkişafın şahidi oluruq. Bunun qarşısını almaq üçün bütün səylərimizi göstəririk”.

Türkiyə Prezident Administrasiyası şənbə günü Ərdoğanla Tramp arasında telefon danışığının baş tutduğunu açıqlamışdı. Məlumata görə, Ərdoğan söhbət zamanı Vaşinqtonla Tehran arasında gərginliyin azaldılması üçün diplomatiyanın vacibliyini vurğulamış və Ankaranın iki ölkə arasında sülh səylərini dəstəklədiyini bildirmişdi.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar