SON XƏBƏRLƏR

İran parlamenti NSYM-dən çıxmaqla bağlı 9 qanun layihəsini nəzərdən keçirəcək

2026.11.09, 13:57
İran parlamenti NSYM-dən çıxmaqla bağlı 9 qanun layihəsini nəzərdən keçirəcək

İran parlamenti Nüvə Silahlarının yayılmaması haqqında Müqavilədən (NSYM) çıxmaqla bağlı 9 qanun layihəsini müzakirə edəcək.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bunu İran parlamentinin deputatı Möctəba Zolnuri “Mehr” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, parlament bu məsələni diqqətlə araşdırdıqdan sonra İranın bu müqavilədə iştirakını davam etdirib-etdirməməsi barədə qərar verməlidir.

Zolnuri qeyd edib ki, İranın müqavilədə üzvlüyünə yenidən baxılması zərurəti heç vaxt indiki qədər aktual olmayıb. Onun iddiasına görə, nüvə obyektlərində aparılan yoxlamalar zamanı əldə edilən məlumatlardan sui-istifadə olunur, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərindən isə potensial hücumlar üçün hədəflərin müəyyənləşdirilməsi məqsədilə istifadə edilir.

Deputat iddia edib ki, İranın sənəd üzrə öhdəliklərini yerinə yetirməsinə baxmayaraq, müqavilə ilə nəzərdə tutulan hüquqlarından istifadə edə bilməməsi qəbuledilməzdir.

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar