SON XƏBƏRLƏR

İranda daha beş etirazçı edama məhkum edildi

2026.11.10, 15:55
İranda daha beş etirazçı edama məhkum edildi

Məşhəd İnqilab Məhkəməsi yanvar etirazları zamanı həbs edilən daha beş məhbus barəsində edam hökmü verib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Əbülfazl Sədaqət, Vəhid Xedrixah, Mətin Fərnian, Əli Zaqi və İlia Əkbəri ictimai əmlakın dağıdılması və dini mərkəzlərin yandırılmasında iştirak etməklə "müharibə" və "ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və gizli əməkdaşlıq"da ittiham olunublar.

Eyni zamanda, 63 yaşlı keçmiş siyasi məhbus Qulamrza Rəhməti də, yaralı etirazçıları gizlətdiyi və müalicə etdiyinə görə "müharibə" ittihamı ilə ölüm hökmü təhlükəsi ilə üzləşib.

GünAzTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar