SON XƏBƏRLƏR

Mustafa Kamal Atatürkün anım günüdür

2026.11.10, 14:42
Mustafa Kamal Atatürkün anım günüdür

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün anım günüdür.

Gunaz.tv

Atatürk 1881-ci ildə Selanikdə anadan olub.

1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi tərəfindən Cümhuriyyət elan edilərkən Mustafa Kamal Atatürk dövlət başçısı seçilir (cumhurbaşkanı). 1938-ci il, vəfat etdiyi zamana qədər ard-arda dörd dəfə cumhurbaşkanı seçilən Atatürk bu vəzifədə ən uzun müddət qalan dövlət başçısı olub.

1921-ci il avqustun 23-də yunanlarla aparılan Sakarya döyüşündə qələbə qazanan Mustafa Kamala “Marşal” və “Qazi” rütbəsi verilib. 1934-cü ildə isə ona qanunla “Atatürk” soyadı verilib və bu soyadın başqaları tərəfindən istifadə olunması qadağan edilib.

Atatürk 1938-ci il noyabrın 10-da, 57 yaşında İstanbulda Dolmabahçe Sarayında dünyasını dəyişib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar