SON XƏBƏRLƏR

Ukrayna üzrə sülh danışıqları Əbu-Dabidə başa çatdı; Trampın nümayəndələri Moskvaya gedir

2026.11.11, 19:33
Ukrayna üzrə sülh danışıqları Əbu-Dabidə başa çatdı; Trampın nümayəndələri Moskvaya gedir

Gunaz.tv

ABŞ, Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq yollarını tapmaq məqsədilə keçirilən üçtərəfli danışıqlar çərşənbə günü Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə iki saatlıq görüşdən sonra başa çatıb.

Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski danışıqların başa çatmasından sonra Moskva ilə Kiyev arasında yeni və “genişmiqyaslı” əsir mübadiləsinin həyata keçiriləcəyini bildirib.

ABŞ prezidenti Donald Trampın nümayəndəsi və kürəkəni Cared Kuşner də onun və Trampın digər xüsusi nümayəndəsi Stiv Uitkoffun çərşənbə günü Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini açıqlayıb.

Kuşnerin sözlərinə görə, onlar bu görüşdən sonra Dublin şəhərinə gedərək Ukrayna prezidenti Volodimir Zelenskini danışıqların təfərrüatları barədə məlumatlandıracaqlar.

Danışıqların keçirildiyi vaxt Rusiya və Ukrayna ötən gecə bir-birinə qarşı qarşılıqlı dron hücumları həyata keçiriblər.

Bu görüş ötən qışdan bəri Rusiya və Ukrayna rəsmiləri arasında keçirilən ilk üzbəüz görüş olub.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar