SON XƏBƏRLƏR

Rusiya: ABŞ-la İran arasında hərbi qarşıdurma yenidən başlaya bilər

2026.11.11, 21:33
Rusiya: ABŞ-la İran arasında hərbi qarşıdurma yenidən başlaya bilər

Gunaz.tv

Vaşinqton və Tehran arasında razılaşmanın əldə olunması istiqamətində diplomatik səylər davam etdiyi bir vaxtda, Rusiya hərbi qarşıdurmanın yenidən başlaya biləcəyinə dair əlamətlər müşahidə etdiyini açıqlayıb və bunun ağır nəticələri barədə xəbərdarlıq edib.

Rusiya Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Şimali Afrika Departamentinin direktor müavini Maksim Maksimov çərşənbə günü, 20 Aban tarixində bildirib ki, diplomatik səylərin uğursuzluğa düçar olacağı təqdirdə hərbi variantın yenidən gündəmə gəlməsi ehtimalını istisna etmirlər və bu ehtimalla bağlı əlamətləri diqqətlə izləyirlər.

Maksimov Kollektiv Təhlükəsizlik üzrə Beynəlxalq Forumda çıxışı zamanı ABŞ-ın üç aviadaşıyıcı zərbə qrupu və iki dəniz piyadaları ekspedisiya qrupunun regionda yerləşdirildiyini bildirib.

Rusiya rəsmisi genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanmasının ağır itkilərə səbəb olacağı və münaqişənin daha geniş ərazilərə yayılması riskini artıracağı barədə xəbərdarlıq edib.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar