SON XƏBƏRLƏR

İranda qaz çatışmazlığı artıb

2026.11.12, 10:43
İranda qaz çatışmazlığı artıb

Keçən il 300 milyon kubmetr qaz tarazsızlığı ilə qarşılaşmışdıq, bu il isə buna daha 230 milyon kubmetr əlavə edilib və ümumi tarazsızlıq 530 milyon kubmetrə çatıb.

Gunaz.tv

Bunu İran prezidentinin müavini Məhəmmədcəfər Qaempənah deyib.

O, resursları və istehlakın düzgün idarə edilmədiyi təqdirdə məişət sektoruna qaz təchizatı, elektrik stansiyalarının işləməsi və sənaye əməliyyatlarının davam etdirilməsi sahələrindən birinə məhdudiyyət tətbiq ediləcəyini bildirib.

Qeyd edək ki, İranda qaz çatışmazlığı yaşandığı bir vaxtda noyabrın 10-u axşam saatlarında Cənubi Pars qaz yatağının 14-cü fazasının qaz platformalarıdan birində partlayış olub.

Məlumata görə, platforma 14,5 milyon kubmetr qaz hasil edirdi.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar