SON XƏBƏRLƏR

Urmiyada üç nəfər dəm qazından həlak oldu

2026.11.13, 09:53
Urmiyada üç nəfər dəm qazından həlak oldu

Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərinin Səlimkəndi bölgəsində bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

Gunaz.tv

Bu haqda əyalətin Təcili Yardım Mərkəzi məlumat yayıb.

Zəhərlənmə nəticəsində ata, ana və onların azyaşlı övladı həyatlarını itirib.

Bədbəxt hadisənin qeyri-standart istilik sistem səbəbindən baş verdiyi bildirilib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar