SON XƏBƏRLƏR

İranda enerji çatışmazlığı- Xameneinin nümayəndəsi qəribə çıxış yolu göstərdi

2026.11.20, 15:29
İranda enerji çatışmazlığı- Xameneinin nümayəndəsi qəribə çıxış yolu göstərdi

Eevlərdə, ticarət mərkəzlərində və kiçik sənaye müəssisələrində istilik cihazlarının temperaturunu üç dərəcə azaltmaqla enerji istehlakını və davamlı qaz təchizatını idarə etməyə kömək edin.

Gunaz.tv

Bunu İran rəhbərinin Gülüstan əyalətindəki nümayəndəsi Kazım Nurmofidi deyib.

"Əgər Tehran, Əlborz və Simnan əyalətləri, xüsusən də istilik sektorunda qaz istehlakına qənaət etsələr, şimal əyalətlərinin ehtiyac duyduğu qazı daha yaxşı təmin etmək mümkün olacaq",- o əlavə edib.

Nurmofidi enerji çatışmazlığının tam kompensasiya edilə bilməyəcəyini bildirib:

"Qalan qısa müddətdə bu azalmanı istehsalı artırmaqla tam kompensasiya etmək mümkün deyil və istehlakı idarə etmək üçün məhdud potensialdan istifadə etməliyik".

Qeyd edək ki, İran rəsmilərinin bildirdiyinə görə, ölkənin 31 əyalətindən ən azı 11-i bu qış qaz çatışmazlığı ilə üzləşəcək və Tehran da qaz kəsintisi riski altındadır.  

Bildirilib ki, keçən il 300 milyon kubmetr olan qaz tarazsızlığı bu il daha 230 milyon kubmetr artıb və ümumi tarazsızlıq 530 milyon kubmetrə çatıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar