SON XƏBƏRLƏR

Tramp İranın kimyəvi və bioloji silahlar üzərində işlədiyinə dair əlamətlərin olduğunu bildirib – Fox News

2026.11.19, 12:13
Tramp İranın kimyəvi və bioloji silahlar üzərində işlədiyinə dair əlamətlərin olduğunu bildirib – Fox News

ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Fox News-a müsahibəsində İranın kimyəvi və bioloji silahlar üzərində işlədiyinə dair əlamətlərin olduğunu bildirib.

Gunaz.tv

Bu açıqlama Vaşinqtonda radioaktiv “çirkli bomba” partlatmaq üçün mümkün İran planı barədə yayılan məlumatlar fonunda səsləndirilib.

“İranın qaz silahları və bioloji silahlar üzərində düşündüyünə dair əlamətlər var. Çünki biz onların nüvə silahı əldə etməsinin qarşısını almışıq”, – deyə Tramp Çinin Şençjen şəhərində Fox News-un Ağ Ev üzrə baş müxbiri Ceki Henrixə bildirib.

“Nüvə silahı daha çətindir. Onlar isə qaz silahları və bioloji silahlar üzərində düşünürlər. Bu, yaxşı bir şey deyil. Başqa məsələlər də var. Görək nə baş verəcək”, – deyə o əlavə edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar