SON XƏBƏRLƏR

Beynəlxalq Atom Enerjisi Agentliyidən İranla bağlı yeni xəbərdarlıq

2026.11.18, 19:35
Beynəlxalq Atom Enerjisi Agentliyidən İranla bağlı yeni xəbərdarlıq

Gunaz.tv

MAQATE nüvə materiallarının dinc məqsədlərdən yayındırılmadığını təsdiqləyə bilmir.

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın nüvə obyektlərinə çıxışın və lazımi məlumatların olmaması səbəbindən ölkədə bəyan edilmiş nüvə materiallarının dinc fəaliyyətlərdən yayındırılmadığını təsdiqləyə bilmir.

Bu barədə BAEA-nın baş direktoru Rafael Qrossi Agentliyin Qubernatorlar Şurasına təqdim etdiyi hesabatda bildirib.

Qrossi Vyanada keçirilən Qubernatorlar Şurasının iclasının açılışında monitorinq və yoxlama fəaliyyətlərinin bərpasının vacibliyini bir daha vurğulayıb.

O bildirib ki, Buşehr Atom Elektrik Stansiyası istisna olmaqla, Agentlik İranın bəyan edilmiş nüvə materiallarının və obyektlərinin vəziyyəti barədə zəruri məlumatları əldə edə bilmir. Eyni zamanda, bu obyektlərdə yerində yoxlamalar aparmaq imkanı da yoxdur.

Agentliyin əsas narahatlıq doğuran məsələlərindən biri isə İsfahandakı yanacaq zənginləşdirmə müəssisəsidir.


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar