SON XƏBƏRLƏR

İranın hərbi komandanı: “Amerikalıları Cənub qütbünə qədər geri oturdacağıq!”

2026.11.17, 21:35
İranın hərbi komandanı: “Amerikalıları Cənub qütbünə qədər geri oturdacağıq!”

Gunaz.tv

İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Əli Abdullahı çərşənbə axşamı, 26 aban tarixində verdiyi qəribə açıqlamada iddia edib ki, İran qüvvələri ABŞ-ı dənizdə geri çəkilməyə məcbur edib və bundan sonra amerikalıları “Cənub qütbünə qədər geri oturdacaqlar”.

Abdullahı ABŞ-ın bu addımı gözləməli olduğunu bildirərək, İranın dünyanın iki böyük gücünə qarşı müqavimət göstərdiyini və düşmən peşman olana qədər bu yolu davam etdirəcəyini deyib.

O, həmçinin Əli Xameneinin qanının “intiqamının alınacağını” bildirib.

Görünür, İranın yeni hərbi strategiyasında ABŞ-ı dənizdən geri oturtduqdan sonra Cənub qütbü də mümkün qarşıdurma meydanlarından birinə çevrilib. Hərçənd, bu planlarda Cənub qütbünün pinqvinlərinə hansı rolun ayrıldığı hələ məlum deyil!

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar