SON XƏBƏRLƏR

Urmiyada beynəlxalq mərsiyə festivalı keçirilir

2026.11.18, 10:06
Urmiyada beynəlxalq mərsiyə festivalı keçirilir

Noyabrın 17-dən başlayaraq üç gün müddətinə Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində "Hüseyn xadimləri və nökərləri" adlı mərsiyə festivalı keçiriləcək.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

İranın siyasi-ideoloji təbliğatının gücləndirilməsi məqsədilə keçirilən festivala İran və dünyanın müxtəlif ölkələrindən 500 şiyə növhəxan cəlb olunub.

Bununla bağlı Urmiya şəhərində 50-dən çox yerdə bu festivalın keçirilməsi üçün yer ayrılıb.

Rəsmi məlumatda festivalın keçirilməsindən məqsədin "mədəni ünsiyyətin davam etdirilməsi və bu fürsətdən milli və beynəlxalq səviyyələrdə yararlanmaq üçün zəmin yaratmaq" olduğu bildirilib.

İranın müxtəlif əyalətləri, Pakistan, Əfqanistan, İraq, türlkiyə, Livan, Yəmən, Azərbaycan, Dağıstan və b. ölkələrdən festivalda iştirak edən qonaqlar İran hökumətinin maliyyəsi hesabına dəvət olunublar.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar