SON XƏBƏRLƏR

İranda daha bir etirazçının edam hökmü təsdiqləndi

2026.11.18, 09:53
İranda daha bir etirazçının edam hökmü təsdiqləndi

İran Ali Məhkəməsi yanvar etirazları zamanı həbs edilən daha bir nəfərin edam hökmünü təsdiq edib.

Gunaz.tv

Bu barədə "Təsnim" məlumat yayıb.

Kimliyi açıqlanmayan məhkumun etiraz aksiyaları zamanı Gilan əyalətinin Rəşt şəhərində bir neçə mərkəzin yandırılmasında iştirak etdiyi iddia edilib.

Bundan əvvəl Rəşt şəhərinin İnqilab Məhkəməsi müttəhimin "İmam Səccad Klinikası, Rifah və Sepah Bankları, Qüds Məscidi, Gilan Əyalətinin Təhsil və Təlim Baş İdarəsi, İran Sığorta Binası və Rəşt Məhkəməsinin yandırılması"nda rol oynamaqda günahlandırmışdı.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar