SON XƏBƏRLƏR

Təbrizdə məhkəmə hakimi və ailə üzvləri öldürüldü

2026.11.19, 09:43
Təbrizdə məhkəmə hakimi və ailə üzvləri öldürüldü

Ötən gecə Təbrizin Heydərabad məhəlləsində silahlı insident baş verib.

Gunaz.tv

Bu haqda yerli media məumat yayıb.

Məlumata görə, silahlı şəxs məhkəmə vəkili İbrahim Sadiqi və onun ailəsinə atəş açıb.

Atəş nəticəsində əslən Şərqi Azərbaycan əyalətinin Qaradağ bölgəsinin Bəhərbəyli kəndindən olan və Qərbi Azərbaycan əyalətinin Piranşəhr (Xana) şəhərinin məhkəmə hakimi işləyən vəkil, həyat yoldaşı və kiçik oğlu həlak olub, azyaşlı qızı isə yaxınlıqdakı yeməkxanaya sığınaraq sağ qalıb.

Kimliyi açıqlanmaya qatil intihar etsə də həyatda qalıb və yaralı vəziyyətdə həbs edilərək polis nəzarətində xəstəxanaya köçürülüb.

Hadisənin səbəblərinin araşdırıldığı bildirilir.

Yerli mənbələrin məlumatına görə, silahlı hücumdan sonra hadisə yerinə çox sayda polis və təhlükəsizlik qüvvələri cəlb olunub, bölgədə olan nəzarət kameralarının yaddaşını silib və iaşə obyektlərinin sahiblərinə hadisə görüntülərinin yayılmaması barədə xəbərdarlıq ediblər.

GünAzTV 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar