SON XƏBƏRLƏR

Güney azərbaycanlı gənc edam hökmünün icrası təhlükəsi ilə üz-üzədir

2026.11.20, 08:00
Güney azərbaycanlı gənc edam hökmünün icrası təhlükəsi ilə üz-üzədir

Gunaz.tv

Xiyav (Məşkinşəhr) şəhərindən olan 27 yaşlı Güney azərbaycanlı Milad Armun, «Ekbatan uşaqları» işi üzrə müttəhimlərdən biri kimi "yenidən" edam hökmünün icrası təhlükəsi ilə üzləşib.

Məlumatlara görə, Milad Armun barəsində çıxarılmış edam hökmü İran İslam Respublikasının məhkəmə sistemi tərəfindən təsdiqləndikdən sonra işi hökmün icrası mərhələsinə göndərilib. Bu isə onun edam edilmə təhlükəsini artırıb.

Milad Armun 2022-ci ildə baş verən etirazlar zamanı repressiv qüvvələrin üzvü Arman Əli-Vərdinin öldürülməsi işi üzrə mühakimə olunan şəxslərdən biridir. Məhkəmə prosesinin gedişində o, qəsdən adam öldürməkdə iştirak ittihamından bəraət alaraq 5 il həbs cəzasına məhkum edilmişdi. Lakin Tehran İnqilab Məhkəməsi 2026-cı ilin iyununda onun barəsində edam hökmü çıxarıb.

Hazırda bu azərbaycanlı gəncin həyatı təhlükə altındadır və edam hökmünün icra olunacağı ilə bağlı narahatlıq artır.


GunAz TV
R.G

Güney Azərbaycanlı gənc edamdan qurtuldu

2026.05.21, 18:15

Güney Azərbaycanlı gənc edamdan qurtuldu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar