SON XƏBƏRLƏR

İranda saxta spirtli içkidən 30 nəfər ölüb

2026.11.25, 15:19
İranda saxta spirtli içkidən 30 nəfər ölüb

Bir aydan az bir zamanda ölkənin bir neçə bölgəsində saxta ispirtli içkidən istifadə səbəbindən 30 nəfər həyatını itirib.

Gunaz.tv

Bunu İran Səhiyyə Nazirliyinin rəsmisi Səccad Rəzəvi deyib.

Onun sözlərinə görə, həmin müddətdə 356 zəhərlənmə hadisəsi aşkarlanıb, zəhərlənənlərdən 187-si xəstəxanaya yerləşdirilib, 142-si isə evə buraxılıb.

33 nəfərin vəziyyətinin ağır olduğuna görə reanimasiya bölmələrində müalicə olunduqlarını deyən Rəzəvi, 16 nəfərin də görmə qabiliyyətini itirdiyini bildirib.

Səhiyyə Nazirliyinin rəsmisi zəhərlənənlərin orta yaşının 30 olduğunu, 12 yaşlı bir yeniyetmənin də saxta spirtli içkidən zəhərləndiyini qeyd edib.

GünzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar