SON XƏBƏRLƏR

İran qaçaqmalçılıq yolu ilə İraqdan çıxarılan nefti öz nefti ilə qarışdırır, Tehrana yaxın qruplaşmalar bu ticarətdən faydalanır – Al Arabiya

2026.11.24, 14:53
İran qaçaqmalçılıq yolu ilə İraqdan çıxarılan nefti öz nefti ilə qarışdırır, Tehrana yaxın qruplaşmalar bu ticarətdən faydalanır – Al Arabiya

İran İraqdan qaçaqmalçılıq yolu ilə çıxarılan nefti öz xam nefti ilə qarışdırır. Tehrana bağlı silahlı qruplaşmalar isə hərbi ehtiyatlarını artırmaq üçün bu qanunsuz ticarətdən faydalanırlar.

Gunaz.tv

 Bu barədə “Al Arabiya” məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Mənbələrin məlumatına görə, Tehrana yaxın qruplaşmalar neft qaçaqmalçılığından əldə olunan gəlirləri hərbi təchizatlarını və ehtiyatlarını artırmaq üçün istifadə edirlər.

Bu arada, İraq hakimiyyəti ölkənin bir neçə əyalətində neft qaçaqmalçılığı şəbəkələrinə qarşı araşdırmaları genişləndirir.

İlkin mərhələdə Curf əl-Səxər və Kərkük ərazilərini əhatə edən araşdırmaların hazırda Neynəva, Səlahəddin və Nəcəf əyalətlərinə də şamil edildiyi bildirilir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar