SON XƏBƏRLƏR

Ermənistanın yeni Konstitusiya layihəsində dövlət rəmzləri hissəsindən Ağrı dağının təsviri çıxarılır

2026.11.23, 13:31
Ermənistanın yeni Konstitusiya layihəsində dövlət rəmzləri hissəsindən Ağrı dağının təsviri çıxarılır

Ermənistanın yeni Konstitusiya layihəsində dövlət rəmzləri haqqında müddəa dəyişdirilib, Ağrı dağının təsviri sənəddən çıxarılır.

Gunaz.tv

Bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Məlumata görə, layihədə qeyd olunur ki, Ermənistanın dövlət rəmzləri gerb, bayraq və himndir. Gerb və bayrağın təsviri, eləcə də himnin mətni qanunla müəyyən edilir.

Hazırkı Konstitusiyada isə bayrağın rəngləri ətraflı təsvir olunur. Həmçinin, gerbdə Ağrı dağı və Nuhun gəmisi, eləcə də dörd çarlığın gerblərinin əks olunduğu vurğulanır.

Qeyd edək ki, Ermənistan hakimiyyəti ötən il Türkiyə ilə münasibətlərin normallaşdırılması çərçivəsində pasportlardakı ştamplardan Ağrı dağının təsvirini çıxarıb.
 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar