SON XƏBƏRLƏR

Süni intellektin köməyi ilə 167 illik Riman fərziyyəsinə dair isbat təqdim olunub

2026.11.23, 18:32
Süni intellektin köməyi ilə 167 illik Riman fərziyyəsinə dair isbat təqdim olunub

Gunaz.tv

Türk əsilli riyaziyyatçı Levent Alpöge, süni intellekt şirkəti Anthropic-dəki fəaliyyəti çərçivəsində Claude süni intellekt modeli ilə əməkdaşlıq edərək riyaziyyatın ən məşhur həll olunmamış problemlərindən biri olan Riman fərziyyəsinin isbatını təqdim edib.

Alpöge bildirib ki, bu nəticə Claude ilə təxminən altı həftə davam edən əməkdaşlığın məhsuludur. «The Guardian» qəzetinin məlumatına görə, riyazi proqramlaşdırma dili Lean-ın inkişafı və yoxlanılması ilə məşğul olan iki qurum təqdim edilən kodu müstəqil şəkildə araşdırdıqdan sonra isbatın düzgünlüyünə tam əmin olduqlarını bildiriblər.

Riman fərziyyəsi 1859-cu ildə Bernhard Riman tərəfindən irəli sürülüb və sadə ədədlərin paylanması ilə bağlıdır. Bu problem Kley Riyaziyyat İnstitutunun Minilliyin yeddi problemindən biridir. Həmin problemlərin hər birinin həlli üçün bir milyon dollar mükafat nəzərdə tutulub.

Alpöge və həmkarları 2026-cı ilin avqustunda da Claude-un köməyi ilə ən azı 30 və 31-ci dərəcəli iki elliptik əyri təqdim edərək, həmin vaxt üçün yeni rekordlara imza atıblar.

Riman fərziyyəsinin isbatının riyaziyyat ictimaiyyəti tərəfindən yekun təsdiqlənməsi bu nəticəni riyaziyyat tarixinin ən mühüm nailiyyətlərindən birinə çevirə bilər.


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar