SON XƏBƏRLƏR

Güney Azərbaycan şəhərlərində çörəyin keyfiyyətinin aşağı düşməsi narazılıq yaradır

2026.11.26, 22:19
Güney Azərbaycan şəhərlərində çörəyin keyfiyyətinin aşağı düşməsi narazılıq yaradır

Gunaz.tv

Güney Azərbaycanın müxtəlif şəhərlərində sakinlər çörəkbişirmə sexlərində çörəyin keyfiyyətinin aşağı düşməsindən narazılıq edirlər. Vətəndaşlar xəmirinin tam bişmədiyi, içi çiy qalan və bir tərəfi yanmış çörəklərin satışa çıxarılmasından şikayətlənirlər.

Sakinlərin sözlərinə görə, bəzi çörəkbişirmə sexlərində istehlakçılara keyfiyyətsiz çörək təqdim olunur, müştərilərin etirazlarına isə bəzi çörəkçilər tərəfindən aydın cavab verilmir.

İstifadəçilərdən birinin bildirdiyinə görə, bəzi sexlərdə çörək ya tam bişməmiş və xəmir halında, ya da bir tərəfi yanmış vəziyyətdə satılır.

Vətəndaşlar mövcud vəziyyətə etiraz edərək çörəkbişirmə sexlərinin fəaliyyətinə nəzarətin gücləndirilməsini və satışa çıxarılan çörəyin keyfiyyətinin yoxlanılmasını tələb edirlər. Onlar həmçinin əhaliyə çörək təmin etmək məqsədilə sexlərə verilən subsidiyalı unun keyfiyyət standartlarına uyğun şəkildə istifadə olunmasının vacibliyini vurğulayırlar.

Sakinlər aidiyyəti qurumları yerində yoxlamalar aparmağa, çörəyin keyfiyyətinə nəzarət etməyə və yaranmış problemin aradan qaldırılması üçün tədbirlər görməyə çağırırlar.


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar