SON XƏBƏRLƏR

CENTCOM İranın ticarət gəmisini hədəf aldı

2026.11.27, 21:37
CENTCOM İranın ticarət gəmisini hədəf aldı

Gunaz.tv

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, ABŞ qüvvələri cümə axşamı, 26 noyabr tarixində Oman dənizində bir ticarət gəmisini hədəf alaraq hərəkətsiz vəziyyətə salıb. CENTCOM-un məlumatına görə, gəminin heyəti İranın dəniz blokadasını pozmağa cəhd göstərib və dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayıb.

Komandanlığın açıqlamasına əsasən, Palau bayrağı altında üzən “Pacific Archer” adlı yük gəmisi Bəndər-Abbas limanından çıxdıqdan sonra ABŞ hərbi təyyarəsinin hücumuna məruz qalıb. Hücum nəticəsində gəminin hərəkət sistemi sıradan çıxıb, lakin mülki heyət üzvlərindən heç kim xəsarət almayıb.

CENTCOM bildirib ki, ABŞ qüvvələri indiyədək komandanlığın göstərişlərinə tabe olan 158 ticarət gəmisinin marşrutunu dəyişdirib, bu göstərişlərə əməl etməyən altı gəmini isə hərəkətsiz vəziyyətə salıb.

Komandanlıq İranın dəniz blokadasının sərt şəkildə davam etdiriləcəyini vurğulayaraq, Oman dənizində və Hörmüz boğazına aparan marşrutlarda üzən bütün dənizçiləri ABŞ qüvvələrinin xəbərdarlıqlarına əməl etməyə çağırıb.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar