SON XƏBƏRLƏR

Belçika parlamenti Rza Pəhləvinin rəsmi dəvətini ləğv edib: O, bütün müxalifəti təmsil etmir

2026.10.23, 22:37
Belçika parlamenti Rza Pəhləvinin rəsmi dəvətini ləğv edib: O, bütün müxalifəti təmsil etmir

Gunaz.tv

Belçika parlamenti Rza Pəhləvinin Nümayəndələr Palatasında iştirakı üçün nəzərdə tutulan rəsmi dəvəti ləğv edib. Bu qərar onun İran İslam Respublikasına qarşı çıxan bütün qüvvələri təmsil etməsi ilə bağlı iddiaları yenidən müzakirə mövzusuna çevirib.

Belçika mediasının məlumatına görə, qərarın səbəbləri arasında Rza Pəhləvinin siyasi mövqeyi ilə bağlı siyasi konsensusun olmaması və onun İran hökumətinə müxalif olan bütün qrupları təmsil etməməsi göstərilir. Təhlükəsizliklə bağlı narahatlıqların da qərara təsir etdiyi bildirilir.

Bu hadisə Avropanın siyasi dairələrində belə, İran müxalifətinin müxtəlifliyini nəzərə almadan hər hansı bir şəxsi bütün müxalif qüvvələrin nümayəndəsi kimi təqdim etməyin mübahisəli olduğunu göstərir. İran İslam Respublikasına qarşı olmaq öz-özlüyündə Rza Pəhləvinin siyasi rəhbərliyini qəbul etmək demək deyil. Heç bir şəxs və ya siyasi cərəyan yalnız öz iddialarına əsaslanaraq bütün müxalifətin adından danışa bilməz.

Belçika parlamentinin bu qərarı Rza Pəhləvinin İran müxalifətinin bütövünü təmsil etməsi iddiasının siyasi razılıq və dəstək baxımından ciddi suallarla üzləşdiyini bir daha gündəmə gətirib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar