SON XƏBƏRLƏR

ABŞ-ın dəniz blokadasından sonra İranın tankerlərdə saxladığı neft ehtiyatları tükənib – WSJ

2026.10.22, 11:03
ABŞ-ın dəniz blokadasından sonra İranın tankerlərdə saxladığı neft ehtiyatları tükənib – WSJ

ABŞ-ın aylarla davam edən dəniz blokadası səbəbindən İranın Asiya sularında tankerlərdə saxladığı milyonlarla barel nefti tükədib.

Gunaz.tv

Bu barədə "The Wall Street Journal" Kpler analitiklərinə istinadən xəbər yayıb.

Məlumata əsasən, müharibə dövründə İran üçün sabit gəlir mənbəyi rolunu oynayan üzən neft ehtiyatları oktyabrın ortalarına qədər tamamilə tükənib.

Kpler şirkətinin xam neft təhlili üzrə rəhbəri Homayoun Falakshahi qəzetə açıqlamasında deyib: “Artıq Çinə boşaldılacaq neft qalmayıb”.

ABŞ Mərkəzi Komandanlığı şənbə günü bildirib ki, dəniz blokadası Tehranın ən azı 25 milyard dollar həcmində neft gəliri əldə etməsinin qarşısını alıb və İranın məhv edilmiş fabrikləri və silahları əvəz etmək imkanlarını məhdudlaşdıracaq.

ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Brad Kuper isə deyib: “ABŞ-ın həyata keçirdiyi tədbirlər İranın təhlükəsizlik aparatına dağıdıcı zərbə vurub”.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar